Vaxt.Az

«Pulumu verin!»


 

Ziya Məmmədov əsgərliyə gedənlərin daşıma xərcini istəyir

«Pulumu verin!» «Quba-Nəqliyyat» ASC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsini məhkəməyə verib.

«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, ASC-nin avtobusları bir müddət öncə hərbi çağırışçıları - əsgərliyə gedən gəncləri avtobusla aparıb. Sonra isə ASC bu işə görə pul tələb edib. Belə ki, ASC Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Quba rayon şöbəsi qarşısında çağırışçıların daşınması nəticəsində yaranmış borcun tutulması barədə məhkəmə iddiası qaldırıb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılıb və işi «Quba-Nəqliyyat» ASC udub. Növbəti instansiyada - Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən prosesin sonunda da ASC qalib gəlib.

Növbəti mərhələdə işə Ali Məhkəmədə baxılacaq.

 





07.04.2014    çap et  çap et