Vaxt.Az

«Kataloniyaya referendum keçirməyəcək»


 

Onların az bir qismi müstəqillik tərəfdarıdır

«Kataloniyaya referendum keçirməyəcək» «New Europe» xəbər portalının məlumatına əsasən, İspaniya parlamenti güclü şimal-şərqdəki Kataloniya regionunun müstəqil dövlət olmaq üçün referendum keçirmək barədəki xahişini səs çoxluğu ilə rədd etmək qərarına gəlib. Kataloniya parlamentinin üç nümayəndəsi aprelin 8-də petisiyanı müzakirə edərək səs verəcəklər.

Barselona əsaslı Kataloniya regional hökuməti referendumu noyabrın 9-da keçirmək niyyətində olsa da, İspaniya bunun baş verməyəcəyini bildirib. Konstitusiyaya görə, yalnız mərkəzi hökumət referendum keçirə bilər.

Kataloniyanın regional prezidenti Artur Mas təkidlə bildirir ki, səsvermə keçiriləcək. Xatırladaq ki, o, 2012-ci ildə daha yaxşı maliyyə paktı bağlamaq planı iflasa uğrayandan sonra referendum məsələsini gündəmə gətirib.

Sorğulara əsasən, kataloniyalıların az bir qismi müstəqillik tərəfdarıdır. Qeyd edək ki, parlament fevral ayında 43 lehinə, 272 əleyhinə səslə referendumu rədd edən qərar qəbul edib.

 





08.04.2014    çap et  çap et