Vaxt.Az

Metro işçilərinin maaşı artır?


 

Mətbuat xidmətindən «xəbərimiz yoxdur» dedilər

Metro işçilərinin maaşı artır? «Metropoliten» Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov fəaliyyətə başlayandan bir sıra yeniliklərə imza atıb. Metro keçidlərində alış-verişi qadağan edən sədr bu dəfə işçilərinin maaş problemini önə çəkib.

Bu barədə azvision.az-a Metropoliten işçiləri məlumat veriblər. Onların sözlərinə görə, Z.Hüseynov keçirdiyi iclasların birində işçilərin maaşla bağlı müraciətlərinə toxunaraq bu məsələsinin onun diqqətində olduğunu deyib.

Metropoliten rəisi işçilərinin əməkhaqqılarının yüksək olmasını istədiyini qeyd edib.

Metro işçilərinin bildirdiyinə görə, maaş məsələsi ilə bağlı yuxarı dairələrlə məsləhətləşmələr aparılır. Ehtimal edilir ki, yaxın vaxtlarda metro işçilərinin əməkhaqqıları artırılacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə bu məsələdən xəbərsiz olduğunu deyib: «Bu haqda heç bir məlumata malik deyiləm. Bu haqda bizdə rəsmi məlumat yoxdur».

 





08.04.2014    çap et  çap et