Vaxt.Az

«Real» azarkeşlərini şoka salan xəbər


 

Ronaldo finalda oynamaya bilər

«Real» azarkeşlərini şoka salan xəbər Madrid «Real»ının ulduzu Kriştianu Ronaldo haqda son dəqiqələrdə gələn xəbər azarkeşləri şoka salıb. Futbolinfo.az xəbər verir ki, portuqal qolçunun «Barselona» ilə İspaniya Kral Kubokunun final matçını buraxma ehtimalının olduğu bildirilib.

Əvvəlcə forvardın La Liqada «Almeriya» ilə görüşü buraxacağı, daha sonra heyətə qayıdacağı açıqlanmışdı. Amma son gələn xəbərlərdə portuqaliyalı forvardın dizaltı vətərlərində ciddi problem olduğu bildirilib. Ronaldonun sağalması üçün 15 gün vaxt lazımdı.

Belə olan halda Ronaldo nəinki «Barselona» ilə kubokun final matçında, eyni zamanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə də meydana çıxmayacaq.

 





10.04.2014    çap et  çap et