Vaxt.Az

Prezident seçkisinin vaxtı bilindi


 

İlk tur avqustun əvvəli, 2-ci tursa sonunda olacaq

Prezident seçkisinin vaxtı bilindi Türkiyədə bu il keçirilməsi planlaşdırılan prezident seçkisinin vaxtı məlum oldu. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.

YSK-dan verilən rəsmi açıqlamaya görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək. 

Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq. 

Xarici ölkələrdə yaşayan türklər isə yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-i ilə avqustun 3-ü arasında səs verəcək. 

Qeyd edək ki, bu il ilk dəfə Türkiyədə prezident seçkisi ümumxalq səsverməsi ilə keçiriləcək.

 





15.04.2014    çap et  çap et