Vaxt.Az

Qlobal ticarətdə artım proqnozlaşdırılır


 

«2014-cü ildə daha genişmiqyaslı, lakin cüzi yüksəliş gözləyirik»

Qlobal ticarətdə artım proqnozlaşdırılır Ümumdünya Ticarət Təşkilatı (ÜTT) bildirib ki, iki illik tənəzzülün ardınca, bu il və gələn il qlobal ticarətin fəaliyyətində elə də ciddi artım olmayacaq. Təşkilat həmçinin son fərziyyələrdə geosiyasi risklər barədə məlumat verilmədiyini xəbərdarlıq edib. Məlumatı «Deutsche Welle» yayıb.

Aprelin 14-də ÜTT-nin verdiyi hesabata əsasən, qlobal ticarətin həcmi bu il 4,7 faiz artacaq. Bu göstərici ötən iki il ərzində qeydə alınan 2,1 faizlə müqayisədə böyükdür.

Lakin bununla belə, 5,3 faizlik 20 illik orta hesabla müqayisədə göstərici aşağıdır. ÜTT bildirir ki, bu göstəriciyə 2015-ci ildə çatmaq olar.

«Əgər ÜDM proqnozları doğruldarsa, 2014-cü ildə daha genişmiqyaslı, lakin cüzi yüksəliş gözləyirik və 2015-ci ildə artımın daha da möhkəmlənməsinə ümid edirik», - ÜTT-nin baş direktoru Roberto Azevedo bildirib. «Lakin bilirəm ki, ticarətdə avtomatik artım ÜTT üzvləri üçün kifayət etməyəcək», - o əlavə edib.

 

Qeyri-sabitlik amilləri

 

Azevedo bir daha Doha danışıqlarının başa çatmasına çağırır. Onun fikrincə, bu, gələcəkdə ticarətin inkişafı üçün möhkəm zəmin yarada bilər və hazırkı yavaş inkişaf edən mühitdə güclü stimul olar.

Hesabatda bildirilir ki, son sorğular və sənaye istehsalı haqqında məlumat 2014-cü ilin əvvəllərində ABŞ və Avropada inkişafın artacağını göstərir.

Lakin ÜTT vurğulayıb ki, geosiyasi risklər hər hansı iqtisadi proqnoza yeni bir qeyri-müəyyənlik gətirir. Ukraynada, Yaxın Şərq və Asiyadakı konflikt və mübahisələr qiymətlərin artmasına, eləcə də ticarətdə pozuntuların yaranmasına gətirib çıxara bilər.

ÜTT qeyd edir ki, bu cür risklərin vaxtı və təsiri gözlənilməz olduğuna görə hesabatda göstərilməyib.

 





15.04.2014    çap et  çap et