Vaxt.Az

Aprelin 17-də cənnət havası olacaq


 

Səhər duman ehtimalı var

Aprelin 17-də cənnət havası olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 17-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək caxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
 





16.04.2014    çap et  çap et