Vaxt.Az

Baltik dənizində NATO gəmiləri


 

Bölgəyə həmçinin 6 qırıcı və heyət göndərilir

Baltik dənizində NATO gəmiləri Ukraynadakı vəziyyətlə bağlı NATO Baltik dənizinə beş gəmi göndərir. ANS PRESS-in məlumatına görə, bunu alyansın mətbuat xidməti bildirib.

«NATO Baltik dənizinə Şərqi Avropadakı müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə gəmilər göndərir» - deyə alyansın mətbuat xidmətinin bəyanatında bildirilir. 

Dəniz çevik əməliyyat qrupu Norveç, Niderland, Belçika, Estoniya gəmilərindən ibarət olacaq. Bu, dörd minaaxtaran və bir təchizat gəmisi olacaq.

Bundan başqa, Kanada regiona Kral Hərbi Hava Qüvvələrinin 6 ədəd CF-18 qırıcısını və 20 qərargah əsgərini göndərəcək. 

«Bizim NATO müttəfiqlərimizlə birlikdə biz Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin zəruriliyini etiraf edirik» - deyə baş nazir Stiven Harper bildirib.

 





18.04.2014    çap et  çap et