Vaxt.Az

Əməkdar artist nişanlandı


 

Şənbə günü isə toyu olacaq

Əməkdar artist nişanlandı Bu gün məşhur müğənni, əməkdar artist Sevda Ələkbərzadənin rəsmi nikahı olub. Vaxt.az xəbər verir ki, bu barədə S.Ələkbərzadənin bacısı Emma Ələkbərzadə məlumat verib.

Onun sözlərinə görə, bu gün Cənubi Azərbaycandan olan iş adamına ərə gedən Sevda Ələkbərzadənin rəsmi nikahı olub:

«Bu gün mənim gözümün nuru, çox sevdiyim bacım Sevdanın rəsmi nikahı oldu. Allah sizi xoşbəxt eləsin, oğullu qızlı eləsin, canınız salamat olsun, heç vaxt dərd kədər görməyəsiniz. Can deyib can eşidəsiniz».

Qeyd edək ki, S.Ələkbərzadənin toy mərasimi mayın 24-də Bakıdakı otellərin birində baş tutacaq.

 





21.05.2014    çap et  çap et