Vaxt.Az

XİN rəsmisi səfir göndərilir


 

Elxan Poluxovdan sonra Elman Abdullayevə böyük məsuliyyət

XİN rəsmisi səfir göndərilir Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Efiopiya Federal Demokratik Respublikasına səfir göndərilir. Bu barədə «Trend»ə diplomatik mənbədən məlumat verilib.


Məlumata görə, E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir kimi fəaliyyət göstərəcəyi gözlənilir.

Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.

Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.

Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir.

Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.

Elman Abdullayev «Qafqazinfo»ya açıqlamasında bildirib ki, belə bir təyinat prezident İlham Əliyevin müstəsna səlahiyyətidir:

«Bu qərarı ancaq ölkə başçısı verə bilər».

Vaxt.az xatırladır ki, XİN mətbuat xidməti rəhbərinin səfir göndərilməsi Azərbaycan diplomatiyasında ilk təcrübə deyil. Belə ki, Elman Abdullayevdən sələfi Elxan Poluxov 2011-ci ildə CAR-a səfir göndərilmişdi.

 





09.06.2014    çap et  çap et