Vaxt.Az

Arvadını öldürdü...


 

Özüsə Kürdə boğuldu

Arvadını öldürdü... İyunun 21-də həyat yoldaşını öldürən şəxsin özünü Kürə ataraq intihar etdiyi məlum olub. Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1958-ci il təvəllüdlü Qismət Əlibala oğlu Əliyevin meyiti Kür çayının Şirvan şəhərindən keçən hissəsində tapılıb. Q.Əliyevin intihar etdiyi güman edilir.Qeyd edək ki, Q.Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, 1958-ci il təvəllüdlü Sevil Vəli qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.
 





21.06.2013    çap et  çap et