Vaxt.Az

Putindən gecə yarı güc nümayişi


 

3 ölkənin hərbi sazişinə qəzəb 36 gəmi və 7000 hərbçini Qara dənizə endirdi

Putindən gecə yarı güc nümayişi "Ria Novosti"nin verdiyi xəbərə görə, Rusiya prezidenti və Silahlı Qüvvələrin ali baş kamandanı Vladimir Putin Qara dənizdə hərbi manevrlər keçirilməsilə bağlı sərəncam imzalayıb.Bu barədə məlumatı prezident administrasiyasının sözcüsü Dmitri Peskov verib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi saat 16:00-da bağlı zərf alıb. Bağlı zərfdə Rusiya prezidenti mudafiə naziri Serqey Şoiquya ən az 36 hərbi gəmi və 7000 hərbiçiylə birlikdə Qara dənizdə hərbi manevrlər keçirilməsini əmr edib.
Dmitri Peskovun jurnalistlərə verdiyi açıqlamasında qeyd olunur ki, Cənubi Afrikada keçirilən beynəlxalq sammitdən qayıdandan dərhal sonra Moskva vaxtıyla saat 12 radələrində prezident bu barədə sərəncamı imzalayıb.
Hərbi espertlər hesab edirlər ki, Rusiya Federasiyası bununla Qara dənizdə yeganə şəriksiz qüvvə olduğunu bu dəniz sahilində yerləşən dövlətlərə bir daha xatırlatmaq istəyir.
 





27.02.2013    çap et  çap et