Vaxt.Az

Ərdoğan «Çətin Seçimlər»də


 

«Güclü, təsir qüvvəsinə malik dindar bir siyasətçidir»

Ərdoğan «Çətin Seçimlər»də Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Hillari Rodham Klinton «Hard Choices» (Çətin Seçimlər) adlı kitabını tədqim edib. Nyu York şəhərində baş tutan təqdim mərasiminə yüzlərlə insan qatılıb. Oxucular Klintonun imzalı kitabını almaq üçün gecə saatlarından başlayaraq səhərə kimi «Barn en Noubl» kitabxanası qarşısında növbəyə düzülüblər.


Klinton öz kitabında siyasi kariyerası ərzində rastlaşdığı problemlərdən bəhs edir. Sabiq dövlət katibi müsahibəsi zamanı Amerikanın dünya siyasətində vacib yer tutduğu, kitabda da məhz bu barədə müxtəlif məsələlərin işıqlandırıldığını qeyd edib.

Hillari Kliton bir qədər əvvəl 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə eyham vurmuşdu.

Kitabında Türkiyənin baş naziri barədə də yazan xanım Klinton Rəcəb Tayyib Ərdoğanın güclü, təsir qüvvəsinə malik dindar bir siyasətçi olduğunu qeyd edib.

 





11.06.2014    çap et  çap et