Vaxt.Az

Gəncəbasara tufan yaxınlaşır


 

ETSN-dən rəsmi xəbərdarlıq

Gəncəbasara tufan yaxınlaşır Ötən gücə Gəncə və ətraf rayonlarda güclü dağıntılara səbəb olan qasırğa və tufan yenidən təkrarlanacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Umayra Tağıyeva bildirib.


U.Tağıyeva «Novosti Azərbaycan»a açıqlamasında bildirib ki, ölkədəki tufanlı hava şəraiti yaxın günlərdə də davam edəcək. Onun bildirdiyinə görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi gözlənilir, havanın temperaturu aşağı düşəcək, yağış yağacaq.

Gəncədəki tufanla bağlı U.Tağıyeva bildirib ki, bu barədə xəbərdarlıq hələ iyunun 7-də edilmişdi. Onun sözlərinə görə, Gəncədə müşahidə olunan hava şəraitinin iyunun 14-də əsasən dağətəyi, dağlıq ərazilərdə, şimal və qərb rayonlarında yenidən təkrarlanması gözlənilir.

 





11.06.2014    çap et  çap et