Vaxt.Az

"Yubkalı" əsgərlər


 

Norveçdə qadınlar məcburi əsgərlik çəkəcək

"Yubkalı" əsgərlər Norveçdə qadınların da kişilər kimi məcburi əsgərlik etmələri təklif olunub. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, parlamentdə müzakirə edilən qanun layihəsi yalnız bir qrup xristian demokrat tərəfindən mənfi qarşılanıb.İşçi Partiyasından olan millət vəkili Laila Qustavsenin sözlərinə görə, hüquqlar və vəzifələr hər kəs üçün eyni olmalıdır: “Silahlı qüvvələrin cinsiyyətindən asılı olmayaraq güclü əsgərlərə ehtiyacı var”.
Qanun layihəsi qəbul olunarsa, Norveç Avropada və NATO üzvləri arasında qadınların məcburi əsgərlik etdiyi ilk ölkə olacaq.
Xatırladaq ki, İsrail, Çin, Kuba və Liviyada da qadınlar məcburi əsgərlik çəkirlər.
 





16.06.2013    çap et  çap et