Vaxt.Az

Şəkidə «KamAZ» aşdı


 

FHN xilasediciləri sürücünü xilas edib

Şəkidə «KamAZ» aşdı Vaxt.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun «112» qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) «KamAZ» markalı yük avtomobilinin yolun kənarına aşması barədə məlumat daxil olub.


Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetmədən çıxaraq aşan avtomobilin içərisində 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:15-də başa çatıb.

 





15.06.2014    çap et  çap et