Vaxt.Az

Klinton dəqiqədə 27 min qazanır


 

Gecə xəbərlərinin müxbiri ilə yarım milyonluq artıq müqavilə imzalanıb

Klinton dəqiqədə 27 min qazanır ABŞ-ın keçmiş prezidenti Bil Klinton və ölkənin keçmiş dövlət katibi Hillari Klintonun qızı Çelsi Klinton bir dəqiqədə 26,724 dollar pul qazanır. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, hazırda «NBCNews» telekanalında işləyir.


Çelis Klinton 2011-ci ilin noyabrından bu müəssisədə xüsusi müxbir vəzifəsində çalışır. Müqaviləyə əsasən ona ildə 600 min dollar maaş verilir.

O, «Rock Center with Brian Williams» informasiya proqramında işə başlayıb. Bu şou proqramı 2013-cü ildə bağlanıb. Hazırda Çelsi Klinton «NBC Nightly News»-un gecə xəbərləri blokunda işləyir.

Kanalın əməkdaşları onun aldığı maaşla bağlı şərh verməyib.

«Biz onun əmək haqqısı ilə bağlı xəbəri yaymırıq. Kanalımız Çelsi ilə əməkdaşlıqdan qürur duyur və onunla birlikdə işləməyi davam etdirməkdən şadıq» - deyə, kanalın təmsilçisi bildirib.

Bununla belə «Business Insider» portalının hesablamasına əsasən, son 2 il 7 ay ərzində Çelsi Klinton 58 dəqiqə efirdə olub.

 





15.06.2014    çap et  çap et