Vaxt.Az

ABŞ səfirinin qətlində şübhəlilər tutulub


 

Senatorlar həbs olunanların Quantanamoya göndərilməsini istəyir

ABŞ səfirinin qətlində şübhəlilər tutulub Liviya paytaxtı Benqazidə dörd amerikalı diplomatın ölümü ilə nəticələnən hücumun təşkilatında şübhəli bilinən şəxs həbs edilib, Ağ Ev bildirir.


Əhməd Abu Xatala (Ahmed Abu Khattala) iyunun 15-də Liviyada gizli əməliyyat nəticəsində saxlanılıb və ölkədən kənarda təhlükəsiz əraziyə köçürülüb.

2012-ci ildə ABŞ səfiri Kris Steven (Chris Stevens) və daha 3 nəfər hücumda həyatını itirib.

«Əməliyyat hər hansı mülki hadisələrə səbəb olmayıb və bütün ABŞ heyəti Liviyanı tərk edib», Ağ Evin sözçüsü Con Kirbinin (John Kirby) açıqlamasında deyilir.

Əməliyyat barədə əlavə məlumat verilməsə də, hadisənin «Benqazi yaxınlığında» günorta vaxtı həyata keçirildiyi deyilir.

Məlumatdan sonra prezident Barak Obama əməliyyatçıların professionallığını tərifləyib.

«Amerikalılar hücuma məruz qalanda zamandan asılı olmayaraq hücumçuları tapacağıq və onları ədalətə gətirəcəyik», o bildirib.

FTB direktoru Ceyms Komey (James Comey) isə bildirib ki, digər şübhəlilər də tutulmayana qədər axtarışlar dayandırılmayacaq.

«Ədalət bərqərar olana qədər işləyəcəyik».

Cənab Abu Khattala Vaşinqton federal məhkəməsinin qərarı ilə hücum etməklə insan öldürmək terrorçulara maddi yardım maddələri altında ittiham edilir.

«Reuters» yazır ki, o hazırda ABŞ gəmisində saxlanılır. Bəzi Respublikaçılar, o cümlədən senatorlar Lindsey Graham (Lindsay Graham) və Con Makkeyni (John McCain) Əbu Xatalanın (Abu Khattalan) ABŞ-ın Quantanamo hərbi həbsxanasına göndərilməsini istəyir. ABŞ rəsmiləri isə bu istəyi rədd edib.

2012-ci il sentyabrın 11-də silahlılar Benqazidəki ABŞ konsulluğuna hücum edib və atəş açıb.

Səfir cənab Stivens ilə yanaşı, informasiya texnologiyaları mütəxəssisi Şon Smit (Sean Smith) və təhlükəsizlik işçiləri Tayron Vuds (Tyrone Woods) və Qlen Doherti (Glen Doherty) öldürülüb.

 





18.06.2014    çap et  çap et