Vaxt.Az

Daha 4 kanala qadağa qoyulacaq


 

Efir qaydalarını pozduqlarına görə...

Daha 4 kanala qadağa qoyulacaq Ukrayna TV və Radio məsələləri üzrə Milli Şurası ölkəboyunca yayımlanan daha dörd Rusiya kanalına qadağa qoymağı müzakirə edir. Yayıma qadağa məhkəmə vasitəsilə qoyula bilər.


Yayım Şuranın rəhbəri Vladimir Manjosov deyir ki, «ТV Centr-Іnternational» (ТVСІ), Life News, Russia Today və REN-TV kanallarının yayımına qadağa qoyula bilər.

Qurumun mətbuat xidməti açıqlayıb ki, belə qərar verməyə izləyicilərin çoxsaylı xahişləri sövq edib.

Hazırda Kiyev məhkəməsində digər dörd kanalın - Perviy kanal. Vsemirnaya set, RTR-Planeta, Rossiya-24 və NTV-Mir yayımının taleyi həll olunur.

Yayım Şurası monitorinq nəticəsində TV-Centr-İnternational (TVCİ) kanalının efir qaydalarını pozduğunu bildirib və Baş prokurorluğa müraciət edib. Həmçinin Life News kanalının da yayımı monitorinq edilir.

«Ren TV və Life News Ukrayna qanunvericiliyinə uyğunlaşdırılmayıb, ona görə də onların Ukrayna kabel televiziyaları vasitəsilə yayımı qanunsuzdur», Маnjosov deyib.

Onun müavini Larisa Mudrak qeyd edib ki, adı çəkilən kanallar Donetsk, Luhansk, Jitomirsk və Xarkov bölgələrində yayılır.

ТVCI 165, REN-TV - 26, Life News- 39, Russia Today isə 11 yayımçı tərəfindən yayımlanır.

ТVCI kanalı Volınsk, Zaporojsk, Çerkassk və Çerniqovsk regionlarını çıxmaqla hər yerdə yayımlanır.

Larisa Mudrak qeyd edib ki, Rusiya ilə informasiya müharibəsinin effektivliyi üçün təcili qanunvericiliyə dəyişiklik edilməlidir.

«İzləyicilərin sakitliyini təmin etmək və informasiya sahəsini qorumaq üçün müvəqqəti olaraq cərrahi müdaxilə, xüsusən də qadağa etmək vacibdir».

Bu ilin martında Ukraynada dörd kanalın (Perviy kanal, RTR-Planeta, Rossiya-24 və NTV-Mir) yayımı dayandırılıb.

 





18.06.2014    çap et  çap et