Vaxt.Az

Siciliya mafiyası azərbaycanlını güllələtdirdi


 

İş adamı Altay Zərgərliyə Maltada sui-qəsd olub

Siciliya mafiyası azərbaycanlını güllələtdirdi Maltanın paytaxtı Valletta şəhərində azərbaycanlı biznesmenə sui-qəsd edilib. Milli.az-a daxil olan məlumata görə, iş adamı Altay Zərgərli ofisinin yanında naməlum şəxslər tərəfindən atəşə tutulub. Özünün və mühafizəçisinin sayıqlığı nəticəsində onlar hazırlanmış sui-qəsd planından yüngül xəsarət alaraq qurtulublar.A.Zərgərli hər gün iş yerinin yanındakı «Point de Vue Guesthouse» restoranına şam yeməyinə gedirmiş. Restorandan çıxarkən naməlum 3 kişi «Makarov» tipli tapançadan atəş açmağa başlayıb və tərəflər arasında 3 dəqiqədən çox atışma olub. Hazırda Malta polisi sui-qəsdi araşdırır.
İlk versiyada yayılan şayiələrə görə, sifarişi İtaliyanın Siciliya mafiyası verib. Çünki son zamanlar azərbaycanlı gənc iş adamının Maltada çox mühüm biznes sahələrinə sahib olması onların qıcığına səbəb olub. Hazırda həmyerlimiz hospitaldan evə buraxılıb, vəziyyəti normaldır.
Qolundan güllə yarası almasına baxmayaraq, A.Zərgərli səhhətinin normal olduğunu, belə şeylərin heç kimə xeyir gətirməyəcəyini və bundan sonra daha diqqətli olacağını deyib: «Məndən daha qorxmağa başlayın, hər şeyi siz başladınız, bundan sonra olacaqlara görə mən cavabdeh deyiləm».
A.Zərgərlinin 28 yaşı var, bir övlad atasıdır.
 





29.12.2012    çap et  çap et