Vaxt.Az

«Horadiz əməliyyatı»nın komandiri vəzifəyə gətirilir


 

Şair Ramaldanov 10 hərbi dərsliyin müəllifdir

«Horadiz əməliyyatı»nın komandiri vəzifəyə gətirilir Ötən il Silahlı Qüvvələrin Hərbi Akademiyasından ehtiyata buraxılmış polkovnik Şair Ramaldanova güc strukturlarından birindən çox maraqlı təklif gəlib.


Bu barədə Axar.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə onun Müdafiə Nazirliyinin deyil, başqa güc qurumlarından birində yüksək vəzifəyə təyin edilməsi haqqında danışıqlar aparıldığını qeyd edib. Tanınmış zabitin razılıq verib-verməməsi dəqiq bəlli olmasa da, artıq onunla bağlı yaxın zamanlarda qərar veriləcəyi bildirilib.

Xatırladaq ki, polkovnik Şair Ramaldanov Azərbaycanda yeganə keçmiş döyüş zabitidir ki, bütün zabitlik pillələrini keçib və 2 dəfə «Azərbaycan Bayrağı» ordeninə layiq görülüb. O, 10-dan çox dərslik müəllifidir. Müəllifliyi ilə dərc edilən dərsliklər bu gün Azərbaycanın əksər Ali Hərbi Təhsil müəssisəsində tədris edilir. Bundan əlavə, polkovnik Ş.Ramaldanov Azərbaycan SQ-nin ən uğurlu Horadiz əməliyyatını həyata keçirmiş Fizuli döyüş briqadasının komandiri olub. Korpus, briqada komandiri, həmçinin H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, Silahlı Qüvvələrin  Hərbi Akademiyasının Tədris hissə üzrə müavini vəzifələrində xidmət keçib.

 





18.06.2014    çap et  çap et