Vaxt.Az

Avtomobil köşkə girdi


 

İki nəfər yaralandı

Avtomobil köşkə girdi Bu gün gecə saatlarında Göygöl rayon ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


24 yaşlı Gəncə şəhər sakini Ceyhun Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında səyyar satışla məşğul olan ticarət köşklərindən birinə girib.

Nəticədə sürücü və onun sərnişini Gəncə şəhər sakini 21 yaşlı Siyavənd Qalayev aldıqları bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstələrin vəziyyəti normal qiymətləndirilir.

 





19.06.2014    çap et  çap et