Vaxt.Az

İngilislər rusları geri oturdub


 

Qırıcılar hava güc göstərib

İngilislər rusları geri oturdub Böyük Britaniyaya məxsus hərbi hava qüvvələri Baltikyanı ölkələrin hava sərhədlərinə yaxın ərazidə uçuş əməliyyatları aparan rus qırıcılarına müdaxilə edib.


Müdaxilə əməliyyatları NATO hava qüvvələrinin əmri əsasında baş tutub.

Rusiyaya məxsus Tu-22, Su-27 və AN-26 qırıcıları radarda müşahidə olunduqdan sonra Britaniyanın Tayfun Eskadrilyası səmaya qalxıb. Regiona nəzarət edən NATO qüvvələri Rusiya qırıcılarının Baltik ölkələrinin hava sərhədlərini pozmamasından əmin olmağa çalışıblar.

Təyyarələrin havada şütəməsi, bir növ, tərəflərin bir-birinə güc nümayişi olub.

 





19.06.2014    çap et  çap et