Vaxt.Az

«Facebook» niyə çökdü?


 

Nazirlik açıqlama yaydı

«Facebook» niyə çökdü? Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda «Facebook» sosial şəbəkəsinin bağlanması ilə bağlı açıqlama verib.


Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, «Facebook»agirişlə bağlı yaranan problem Azərbaycanla bağlı deyil: «Ölkədə internetin verilməsində heç bir problem yoxdur.

«Facebook» beynəlxalq sosial şəbəkədir. Digər tərəfdən də bunun Azərbaycanda istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb».

Qeyd edək ki, bu gün saat 12.50 radələrində «Facebook» sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. Səhifəyə daxil olan minlərlə şəbəkə üzvü «Sorry, something went wrong» («Bağışlayın, bir şeylər yanlış oldu») xəbərdarlığı qarşılaşıblar.

 





19.06.2014    çap et  çap et