Vaxt.Az

Müəllimlərin nəzərinə!


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yeni bölmə yaradılacaq

Müəllimlərin nəzərinə! Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq Sınaq Qiymətləndirilməsinin nəticələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdiriləcək.


İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müəllimlər nəticələr ilə saytda yaradılacaq bölməyə iş nömrəsi, məktəb kodu və doğum illərini yazmaqla tanış ola biləcəklər: «Sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib».

Qeyd edək ki, hazırda nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur.

 





19.06.2014    çap et  çap et