Vaxt.Az

Aktrisamız Moskvaya dəvət alıb


 

Həm də Hollivud ulduzlarıyla bir filmə

Aktrisamız Moskvaya dəvət alıb Aktrisa Vəfa Zeynalova Moskvada filmə dəvət alıb. O, Axşam.az saytına açıqlamasında bunun böyük layihə olduğunu deyib:“Həmin filmdə dünyanın bir neçə yerindən aktyorlar çəkiləcək. Bu, səkkiz seriyadan ibarət böyük bir layihədir. Daha iki layihəyə dəvət almışam, onlardan biri serial çəkilişidir. Hansına qərar verəcəyimi dəqiqləşdirməmişəm".
Aktrisanın sözlərinə görə, ona, həmçinin Türkiyədən film təklifi gəlib:
"Bu filmdə Hollivud ulduzları da rol alacaq. Filmin böyük büdcəsi var. Hələ ki, hazırlıq işləri gedir. Müqavilə imzalanıb, yaxın günlərdə çəkilişə başlanılacaq”.
 





08.06.2013    çap et  çap et