Vaxt.Az

Qafqaz Universitetində yanğın


 

Yataqxanada 25 kv.m sahə kül olub

Qafqaz Universitetində yanğın Ötən gecə Qafqaz Universitetində yanğın olub. APA-nın məlumatına görə, hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.


Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmov APA-ya bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Yanğın zamanı 10 tələbə təxliyə olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli inzibati binanın yataqxanasının 3-cü mərtəbəsində ümumi sahəsi 25 kv.m olan mətbəxində 1 ədəd soyuducusu yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 tələbə yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yataqxana yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 





21.06.2014    çap et  çap et