Vaxt.Az

“Yusifin qəmi”nin Züleyxası


 

“Bu obraz oynadığım bütün rolların içində xüsusi olacaq”

“Yusifin qəmi”nin Züleyxası Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanova “Yusifin qəmi” adlı yeni hazırlanan tamaşada Züleyxa rolunu oynayıb. Tamaşanın premyerası artıq baş tutub. Aktrisa rolu haqda Milli.Az-a məlumat verərək bu obrazın onun sənət yaradıcılığında yüksək yer tutduğunu qeyd edib.“Mən bütün rollarımı sevə-sevə oynayıram, mənim üçün rolun böyüyü-kiçiyi yoxdur. Əsas o rolu ifa etməkdir ki, məndən yaxşı oynayan olmasın (gülür). “Yusifin qəmi” tamaşasını teatrımızda Bəhram Osmanov hazırladı. Rol bölgüsü olandan sonra bildim ki, mənə Züleyxa rolunu həvalə ediblər. Züleyxa rolu çox məsuliyyətli roldur, çünki bu əsərin filmi artıq efirdə izlənilib. Ona görə də çalışıb rejissorun göstərişlərindən də əlavə üzərimdə çox işlədim.
Bu obraz oynadığım bütün rolların içində xüsusi bir obraz olaraq qalacaq. Çünki Züleyxa məkrli və sevən qadın obrazıdır, qadın sevir, amma etinasız və cavabsız rədd edildiyini gördükdə məkrə əl atır. Tamaşaçının qarşısında elə bir obrazda çıxış etmək lazımdır ki, bu məkri və sevgini tamaşaçı daha yaxşı hiss etsin”, - deyə aktrisa bildirib.
 





12.06.2013    çap et  çap et