Vaxt.Az

Gəncədə alim faciəvi şəkildə öldü


 

İsmayıllıda isə maşın dərəyə üçdü

Gəncədə alim faciəvi şəkildə öldü Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.


Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qayıbov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

***

 

Şamaxı-Muğanlı-İsmayıllı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə yolun 16-cı kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisində qeydə alınıb.

Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Rəşidov Qərib Rəşid oğlunun idarə etdiyi 90-NR-478 dövlət nömrə nişanlı, «Mercedes» markalı minik maşını sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə zamanı maşında tək olan sürücü dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 





21.06.2014    çap et  çap et