Vaxt.Az

Azərbaycan pavilyonu Venesiya Biennalesində...


 

...İlk 5-liyə daxil edilib

Azərbaycan pavilyonu Venesiya Biennalesində... Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib. Bu barədə Heydər Əliyev Fondunun rəsmi saytında bildirilir. Məqalənin müəllifi A.J.Samuels builki sərgidə qeyri-Qərb pavilyonlarının daha böyük təəssürat doğurduğunu, orada təqdim olunan əsərlərin daha dərin əlaqələr yaratdığını, mədəni imperializmi tanıdığını, lakin sürprizlərlə ondan uzaqlaşdığını qeyd edir.

Müəllif Azərbaycan, Litva, Macarıstan, Estoniya, Livanın pavilyonlarını 5 ən möhtəşəm pavilyon kimi qeyd edir.
Azərbaycan pavilyonunda sərgilənən əsərlər içərisində Rəşad Ələkbərovun “Miniatür” və Fərid Rəsulovun “Xalçalı interyer” əsərləri daha çox diqqəti cəlb edib.
Qeyd edək ki, “Artfetch” beynəlxalq miqyasda müasir incəsənətin və onun görkəmli nümayəndələrinin tanıdılması, əsərlərin satışının təşkil olunması ilə məşğuldur.

 





23.06.2013    çap et  çap et