Vaxt.Az

Lənkəran çimərliyində faciə


 

70 yaşlı kişi dənizdə batdı

Lənkəran çimərliyində faciə Ötən gün Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü Akif Yunus oğlu Tağıyevin dənizdən meyiti tapılıb. Onun meyitini Fövqəladə Hallar Nazirliyinin xilasedicilər sudan çıxarıblar.


Onun çimərkən suda batdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





23.06.2014    çap et  çap et