Vaxt.Az

Avropanın «bolşevik»ləri birləşir


 

Sosial-demokratlar Yunkerin namizədliyini dəstəkləyirlər

Avropanın «bolşevik»ləri birləşir İyunun 21-də Parisdə toplaşan Avropanın sosial-demokrat liderləri sağçı namizəd Yunkerin Avropa Komissiyası prezidentliyinə namizədliyini dəstəklədiklərini bəyan ediblər.


Almaniyanın vitse-kansleri Ziqmar Qabriel öz açıqlamalarında Sosial Demokratlar Partiyası nümayəndələrinin Parisdəki görüşü zamanı Avropa Komissiyası prezidentliyinə namizəd Lüksemburqlu mühafizəkar Jan-Klod Yunkerin namizədliyinin razılaşdırıldığını söyləyib. O həmçinin Aİ-nin digər aparıcı pozisiyalarında təmsil etdiyi partiyanın nümayəndələrini görmək istədiyini qeyd edib. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.

«Sosial Demokratlar Avropa Xalq Partiyasının seçkilərdə qalib gəlməsi və Jan-Klod Yunkerin Avrokomissiyanın rəhbəri təyin edilməsi məsələsi ilə tamamilə razıdırlar. Lakin biz istərdik ki, Sosial Demokratlar Partiyası nümayəndələri də bu kimi önəmli mövqelərdə olsunlar», - deyə Qabriel mətbuata verdiyi açıqlamalarda bildirib.

«Martin Şults Avropa Parlamenti prezidenti kimi bizlərin hər birinin dəstəyinə sahibdir», - deyə alman vitse-kansleri əlavə edib.

O söyləyib ki, sosial demokratlar Aİ qanunlarına hər hansı ciddi dəyişikliklərin edilməməsinin tərəfdarı olsalar da, inkişafın tərənnümü və təşviqi üçün bəzən bəzi icazələrin verilməsi labüddür.

 





23.06.2014    çap et  çap et