Vaxt.Az

AŞ-da səsvermə keçirildi


 

Baş katib dəyişmədi

AŞ-da səsvermə keçirildi Avropa Şurasının baş katib postuna iki namizəd vardı: hazırki baş katib, norveçli Torbyorn Yaqland (Thorbjørn Jagland) və alman Sabin Löytösser-Şnarenberger (Sabine Leutheusser-Schnarrenberger).


Səsvermənin nəticəsi olaraq Yaqland növbəti beş il üçün öz postunda qaldı. Yaqland 93 səsə qarşı 156 səslə qalib gəldi. 

Löytösser-Şnarenberger Almaniyanın Azad Demokrat Partiyasının üzvüdür. Kol və Merkel hökumətlərində ədliyyə naziri vəzifəsini tutub.

Yaqland isə Norveç Əmək Partiyasının üzvü, Norveç parlamentinin sabiq sədri, Norveçin sabiq xarici işlər naziri və Nobel Mükafatı Komitəsinin sədridir.

 





25.06.2014    çap et  çap et