Vaxt.Az

İki dəhşətli intihar


 

Kişi ölüb, qadın xilas edilib

İki dəhşətli intihar Bakının Xəzər rayonu ərazisində çimərlikdə dəhşətli anlar yaşanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış kişi meyiti tapılıb.


Həmin kişinin 35 yaşlarında olduğu bildirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.

Hələlik meyitin şəxsiyyəti bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Ötən gün saat 21:20 radələrində Bakının Qaradağ rayonu ərazisində 40 yaşlı qadın özünü öldürmək istəyib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini 40 yaşlı Q.Z. intihara cəhd edib. Qadın yataq otağına girərək qapını arxadan bağlayıb. Onun hərəkətlərindən şübhələnən yaxınları qadının nə etmək istəyini soruşublar. Lakin Q.Z.-dən səs çıxmayıb.

Onun qeyri-müəyyən hərəkətlərindən şübhələnən yaxınları qapını sındırdıqda, Q.Z.-nin özünü asdığını görüblər.

Qadının yaxınları dərhal ipi kəsiblər və Q.Z.-ni xilas ediblər. Hadisə yerinə həkim çağırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatı xilas olunub.

Hadisə yerinə 10-cu polis bölməsinin əməkdaşları cəlb olunub. Qadının nə səbəbdən intihar etmək istədiyi araşdırılır. (ANS)

 





26.06.2014    çap et  çap et