Vaxt.Az

Erməni postu dağıdıldı


 

Cəbhədə atışma davam edir

Erməni postu dağıdıldı Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir. Ötən gün saat 23:00 radələrindən Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.


Vaxt.az-ın məlumatına görə, kənd icra nümayəndəsi Valeh Rzayev «ANS Press»ə bildirib ki, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.

Azərbaycan Ordusu isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib. 

Kənd sakinlərindən xəsarət alan olmayıb.

 





28.06.2014    çap et  çap et