Vaxt.Az

Cabir Novruzun oğlu öldü


 

Vüqar Novruzov Gömrük Komitəsinin zabiti idi

Cabir Novruzun oğlu öldü Azərbaycanın tanınmış şairi Cabir Novruzun oğlu Vüqar Novruzov vəfat edib. ANS-in Vüqar Novruzovun iş yoldaşına istinadən məlumatına görə, onun günorta saatlarında dünyasını dəyişdiyi deyilir. Ölümünə səbəb isə ürək çatışmazlığı olub.


Qeyd edək ki, Cabir Novruzun kiçik oğlu olan Vüqar Novruzov Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub. Mayor rütbəsini daşıyan Vüqar sabah dəfn olunacaq.

Mərhumla vida mərasimi 8-ci mikrorayonda yerləşən yazıçıların binasında olacağı gözlənilir.

 





29.06.2014    çap et  çap et