Vaxt.Az

İspaniyada neft tapıldı


 

Xalq etiraza qalxdı

İspaniyada neft tapıldı İspaniyanın dünyada məşhur turizm və əyləncə mərkəzi hesab olunan «İbiza» adası yaxınlığında neft yataqları kəşf edilib. bu xəbər xalqın və sosial təşkilatların böyük ilgisini çəkib. Sosial təşkilatlar hökumət rəsmilərinə bu barədə narahatlığını bildiriblər. İspanlar düşünürlər ki, adada neft çıxarılacağı halda ölkə turizminin təhlükəyə məruz qalacağı düşünürlər.


Vaxt.az xəbər verir ki, onlar adada neft axtarışlarına son qoyulmasını tələb ediblər. Bununla kifayətlənməyən təbiəti mühafizə qrupları tədbir keçiriblər. Silsilə tədbirlərdə qeyd olunub ki, neft axtarışları davam edərsə bölgədə yerləsən Balear (Malyorka, Menora və Ibiza) adalar qrupunun təhlükəli ərazilər olacağını və bununla da turizm sektorunun iflasa uğrayacağını bildiriblər.

Qeyd edək İspaniya hökuməti bu yaxınlarda Şotlandiyada neft yataqlarının kəşf olunmasında yaxından iştirak etmiş «Cairn Energy» şirkəti ilə müqavilə bağlayıb.

Bundan başqa dünyada məşhur şəxslərin böyük hissəsinin Ibiza adasında villaları var. Bu məşhurlar sırasında böyük fanat ordusuna malik xeyli sayda futbolçular var. Luis Fiqu, İker Kasilyas, Zinəddin Zidan, Sergio Ramos, Quti, Xavi, David Villa, Sneyder və s. kimi ulduzların adada malikanələrinin olması «İbiza»nın daim turistlərin maraq mərkəzində qalmasına səbəb olur.

 





30.06.2014    çap et  çap et