Vaxt.Az

Sarkozi saxlanıldı


 

Keçmiş prezidentin telefonu dinlənilirmiş

Sarkozi saxlanıldı Fransanın sabiq prezidenti Nikola Sarkozi bu gün istintaqa cəlb olunub. Sarkozi 2007-ci il prezident seçkilərində qanunsuz yolla hakimiyyətə gəlməsi ilə bağlı istintaq məlumatlarını ələ keçirməkdə şübhəli bilinir. Məlumatı «Reuters» yayıb.


Yerli mətbuat yazır ki, müasir Fransa tarixində ilk dəfədir ki, sabiq prezident sorğuya çəkilir. Mühafizəkar siyasətçi aparılan istintaqlarda qəbahət bir iş görmədiyini bildirib. Onunla bağlı ittihamlar sübut olunarsa, 2012-ci il prezident seçkilərində Fransua Ollanda məğlub olan Sarkozinin geri qayıtmaq ümidləri puç ola bilər.

Çərşənbə axşamı Sarkozi təhqiqatçıların Parisin qərbindəki Nanter ofisində ifadə verib. Bir gün əvvəl, iyunun 30-da isə Sarkozinin vəkili istintaqa cəlb olunmuşdu. 

«Cənab Sarkozi Nanterə çağırılıb və istintaq üçün orada saxlanılıb», - mənbələr «Reuters» agentliyinə bildiriblər.

Fransa hökumətinin nümayəndəsi Stefan Lö Foll qeyd edib ki, Sarkozi hamı kimi ədalət qarşısında cavab verəcək. Ədliyyə orqanları araşdırma aparırlar və iş sona qədər davam etdiriləcək» , - o «iTele»yə bildirib.

Xatırladaq ki, bu ilin fevralında Liviya lideri Müəmmər Qəddafinin Sarkozinin 2007-ci il seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı istintaq başlayıb. İttihamçılar Sarkozinin öz nüfuzundan istifadə edərək istintaq məlumatlarını qanunsuz əldə etməsindən şübhələnirlər.

Sarkozi və onun vəkili  yaxın əlaqələri olan şəbəkə vasitəsi ilə istintaqın gedişini izləməkdə şübhəli bilinirlər. Məsələ telefon dinləmələri ilə bağlı aparılan son təhqiqatlardan sonra üzə çıxıb.

Bundan əlavə, Sarkozi hakimləri sabiq Kommunist Şərqi Almaniyasındakı «Stasi» polislərinə bənzədib.

İttihamçı rolunda çıxış edən iki hüquqi əməkdaş Gilbert Azibert və Patrik Sassoust da istintaqa cəlb olunublar. Təhqiqatçılar informasiya mübadiləsi qarşılığında Sarkozinin Azibertə Monakoda vəzifə vəd etməsindən şübhələnirlər.

Bu artıq Sarkozi ilə əlaqədar başlanmış 6-cı istintaqdır. Qeyd edək ki, Sarkozinin 2012-ci il uğursuz seçki kampaniyasında qanunsuz hərəkətləri ilə bağlı sonucu istintaq bu il başlamışdı.

 





01.07.2014    çap et  çap et