Vaxt.Az

«Finlandiya NATO-ya qoşulmayacaq»


 

Yeni baş nazirdən iddialı açıqlama

«Finlandiya NATO-ya qoşulmayacaq» Estoniyada səfərdə olan Finlandiyanın yeni seçilmiş baş naziri Aleksander Stubb (Alexander Stubb) bildirib ki, onun hökumətə başçılığı dövründə Finlandiya NATO-ya qoşulmaq haqda müraciət etməyəcək.


Estoniyalı həmkarı Taavi Roivas ilə iyunun 30-da keçirilən birgə mətbuat konfransında çıxış edən Stubb qeyd edib ki, Estoniyanın alyansa üzvlüyü Baltik dənizi regionunda təhlükəsizliyi gücləndirib, ancaq Finlandiyanın yaxın zamanda NATO-ya üzv olması planlaşdırılmır. Bu barədə Estoniya rəsmi mənbələri və Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, bu, yeni seçilmiş baş nazirin ilk xarici səfəridir.

İki ölkə lideri ikitərəfli münasibətlərini və Avropa İttifaqında gedən prosesləri müzakirə ediblər. Həmçinin regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq mövzuları da gündəmdə yer alıb.

Baş nazirlər hər iki ölkənin Baltik dənizində birləşdirici qaz borusunun inşasına davam etməsinin vacibliyini vurğulayıblar və Avropa Komissiyasının da layihəni dəstəkləyəcəyinə dair ümidlərini səsləndiriblər.

 





01.07.2014    çap et  çap et