Vaxt.Az

33 dərəcə isti olacaq


 

Cənub-şərq küləyi əsəcək

33 dərəcə isti olacaq Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən vaxt.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyulun 02-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 





02.07.2014    çap et  çap et