Vaxt.Az

Azərbaycanın məşhur bankında sistem çökdü


 

Bütün filiallarında iş dayanıb

Azərbaycanın məşhur bankında sistem çökdü Azərbaycan Beynəlxalq Bankınnın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə ANS PRESS-in «qaynar xətti»nə məlumatlar verilir.


Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: «İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq»,- deyə bürodan bildirilib.

Məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.

 





02.07.2014    çap et  çap et