Vaxt.Az

Ukrayna nəzarəti bərpa edir


 

«Gizlənən terrorçular məhv ediləcək»

Ukrayna nəzarəti bərpa edir Ukraynada hökumət qüvvələri separatçıların əlində olan ölkənin şərq ərazilərdə nəzarəti bərpa etməyə başlayıb.


AzNews.az-ın məlumatına görə, Ali Radanın sədri Aleksandır Turçinov bildirib ki, antiterror əməliyyatını həyata keçirən qüvvələr silahlı separatçılara yerdən və havadan dağıdıcı zərbələr endiriblər: «Silahlı Qüvvələr terrorçulara və cinayətkarlara qarşı aktiv hücumlarını davam etdirir. Hesab edirəm ki, hərbçilərimizin döyüş bacarığı kifayət qədər effektlidir. Əminəm ki, Silahlı Qüvvələrimin fəaliyyəti nəticəsində Ukraynanin şərqi işğalçılardan azad ediləcək. Buralarda gizlənən terrorçular məhv ediləcək, Donetsk və Luqansk vilayətləri yenidən sülh içində yaşayacaq». 

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti separatçıların koordinatoru İqor Bezlerin yaxın adamı Qorlovka şəhərinin «xalq meri» Vladimir Kolosnyuku saxlayıb. 

Saxlanılma zamanı terrorçu hüquq mühafizə orqanının əməkdaşlarına müqavimət göstərib. 

Luqansk şəhərinin əsas məntəqələri isə artıq hökumət qüvvələrinin nəzarətinə keçib. Hazırda hərbçilər bu bölgədə də mövqelərini gücləndirməklə məşğuldurlar.

 





02.07.2014    çap et  çap et