Vaxt.Az

«Niyə mənə iş yoxdur?»


 

Rasim Balayev: «Yəni xoşuma gəlmədi»

«Niyə mənə iş yoxdur?» «Dövlət sifarişi ilə çəkilən filmlərdə də mənə rol verilmir». Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.


R. Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır: «Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi». 

R. Balayev ona şifahi dəvət gəldiyini də inkar etməyib: «Teleseriallardan dəvət olunur. Amma ssenarini bəyənmədiyimdən çəkiliş üçün razılıq vermədim. Yəni xoşuma gəlmədi».

 





02.07.2014    çap et  çap et