Vaxt.Az

«Əlverişli şərait yaranıb»


 

Bolqarıstan və Moldova münasibətlərində yeni mərhələ

«Əlverişli şərait yaranıb» Bolqarıstan prezidenti Rosen Plevneliev və onun moldovalı həmkarı Nikolae Timofti iyulun 2-də Sofiyada keçirdikləri görüş zamanı ölkələr arasında ikitərəfli münasibətləri genişləndirmək istədiklərini bildiriblər. Bu haqda «New Europe» qəzeti xəbər verib.


Rosen Plevneliev bildirib ki, «Moldovanın ötən cümə günü Avropa İttifaqı (Aİ) ilə imzaladığı Assosiasiya Müqaviləsi ölkənin Bolqarıstanla daha geniş əməkdaşlıq etməsi üçün əlverişli şərait yaradıb».

«Moldovada biznes sahəsinin inkişafı Bolqarıstan şirkətlərinin orada kənd təsərrüfatı, enerji və turizm sahələrində layihələrini reallaşdırması və ölkəyə investisiya etməsi üçün yeni imkanlar yaradır», - Moldova prezidenti Timofti deyib.

Bununla yanaşı, Moldova prezidentinin gün ərzində Bolqarıstan parlamentinin spikeri Mixail Mikov və ölkənin baş naziri Plamen Oreşarski ilə görüşü nəzərdə tutulub.

 





02.07.2014    çap et  çap et