Vaxt.Az

Gürcüstan və Ukrayna məsləhətləşmələrə başlayıb


 

Mövzu Aİ-yə inteqrasiyadır

Gürcüstan və Ukrayna məsləhətləşmələrə başlayıb Aİ ilə Assosiasiya Müqaviləsinin imzalanmasının ardınca Gürcüstan və Ukrayna Aİ-yə inteqrasiya ilə bağlı məsləhətləşmələrə başlayıblar. Bu haqda məlumatı hər iki ölkənin xarici işlər nazirləri veriblər.


Gürcüstan xarici işlər nazirinin müavini Tamar Beruchashvili və Ukraynanın xarici işlər nazirinin birinci müavini Nataliia Galibarenko konsultasiyalara uyğun olaraq iyulun 1-də Kiyevdə görüşüblər.

«Hər iki tərəf Azad Ticarət Zonası ilə bağlı Assosiasiya Müqaviləsinin icrasının praktiki məsələlərini, Aİ daxilində viza məhdudiyyətlərinin azaldılmasını, ümumi təhlükəsizlik və müdafiə siyasəti sahəsində, eləcə də enerji sahəsində Aİ ilə əməkdaşlığı müzakirə ediblər», - Ukraynanın xarici işlər naziri deyib.

Gürcüstanın xarici işlər nazirliyi bildirib ki, Tbilisi və Kiyev Avropaya inteqrasiya prosesi ilə bağlı olaraq, «islahatların icrası prosesində yaxın əməkdaşlıq» üçün razılığa gəliblər. Nazirlik onu da bildirib ki, Gürcüstan ədliyyə sistemində islahatlar və korrupsiya əleyhinə mübarizə sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.

 





04.07.2014    çap et  çap et