Vaxt.Az

«Qısa geyinəndə yeriyə bilmirəm»


 

«Ona görə yox ki, mən Həcc ziyarətində olmuşam»

«Qısa geyinəndə yeriyə bilmirəm» ATV-də yayımlanan «Özünə bax» zövq yarışmasının final tarixi bəlli olub. Vaxt.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, «Gündəlik» verilişində qonaq olan layihənin siması Ruhi Əliyeva qalibin iyulun 9-da keçiriləcək tədbirdə müəyyənləşəcəyini deyib:


«Finala on qız və on oğlan iştirakçı qalıb. Əslində biz hər iki tərəfdən 8 nəfərin olmasını planlaşdırırdıq. Amma «Özünə bax» növbəti dəfə iştirakçılarına jest etdi. Yarışmaçılarımız, xüsusən bəylərimiz arasında zövqlülər çox idi. Bu layihəyə görə ATV-nin rəhbərliyinə minnətdaram».

Ruhi Əliyeva öz geyim tərzindən də danışıb: «Heç vaxt qısa geyinməmişəm. Ona görə yox ki, mən Həcc ziyarətində olmuşam. Sadəcə, hər bir insanın öz dünyası var. Mən qısa geyinəndə yeriyə bilmirəm. Buna görə də, yarışmada iştirakçılardan daxili aləmlərinə uyğun şəkildə davranmalarını, geyinmələrini istəyirik».

R.Əliyeva həmçinin qeyd edib ki, yeni mövsümdən «Özünə bax»ın yayımı dayandırılacaq. O, dəblə bağlı fərqli verilişin efirə gedəcəyini bildirib.

 





04.07.2014    çap et  çap et