Vaxt.Az

İstedadlıların I sinfə qəbulu başlayır


 

İyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq

İstedadlıların I sinfə qəbulu başlayır Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna başlanılacaq.


ANS PRESS-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə bildirilib ki, Azərbaycan təhsil nazirinin «Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları» barədə 17.07.2013-cü il tarixli əmrinə müvafiq olaraq, Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Qeyd edək ki, «Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları»na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

 





05.07.2014    çap et  çap et