Vaxt.Az

Almaniya türklərinə xoş xəbər


 

Parlament çoxdan gözlənilən qəbul etdi

Almaniya türklərinə xoş xəbər Almaniya parlamenti iyunun 3-də yeni Vətəndaşlıq Qanununu qəbul etməklə, bəzi qaydalarda, o cümlədən də ikili vətəndaşlıq qaydalarında dəyişiklik edib.


Bu vaxta qədər Almaniyada əcnəbi valideynlərdən doğulmuş şəxslərə 23 yaşında vətəndaşlığını seçmək hüququ verilirdi. İkili vətəndaşlığa icazə verilməməsi ən çox ölkədə yaşayan üç milyona yaxın türkü narahat edirdi. 

Bundan sonra 21 yaşındakı gənclərin ikili vətəndaşlığına icazə veriləcək. Bunun üçün həmin şəxs ən azı 8 il Almaniyada yaşamış olduğunu və yaxud da 6 il Almaniyada təhsil aldığını sübut etməlidir. 

Qeyd edək ki, bu qanunun layihəsi sosial-demokratların təşəbbüsü idi. Angela Merkelin başçılıq etdiyi mühafizəkarlar uzun müddət bu qanuna etiraz ediblər.

 





05.07.2014    çap et  çap et