Vaxt.Az

Üç rayonun geri qaytarılacağı nə qədər realdır?


 

«Bu xəbərlərin hamısı Rusiya siyasətinin maraqlarına yönəlir»

Üç rayonun geri qaytarılacağı nə qədər realdır? «Üç rayonun qaytarılması ilə bağlı ölkə mediasında yayılan xəbərlərin mənbəyi Azərbaycan deyil. Bu fikri mediaya açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ictimaiyyətdə elə hesab edilir ki, bu məlumatların mənbəyi Azərbaycandır.


«Ancaq qəti şəkildə belə deyil. Bu xəbərlərin hamısı Rusiya siyasətinin məlum maraqlarına yönələn informasiyalardır. Həmin fikirlər hətta Ermənistanın politoloqlarının da dilindən səsləndirilir. Azərbaycan istənilən şəraitdə öz ərazilərinin qaytarılmasının tərəfdarıdır. Hətta hissə-hissə olsa da belə biz buna razıyıq. Lakin bir şərtlə ki, mərhələli şəkildə olsa da, torpaqlar işğaldan tam azad edilsin. Rusiya əvvəlcə 7, sonra isə 3 rayonun azad edilməsi ilə bağlı fikirləri gündəmə gətirməklə sübut edir ki, proses birbaşa onun inhisarındadır. Ermənistan tərəfi müstəqil fikir söyləyə bilməz. Çünki Rusiyanın kəşfiyyat strukturları Ermənistanı idarə edir. Onlar 3-6 rayon söhbəti ilə cəmiyyətin reaksiyasını yoxlayırlar. Bu prosesi Qərb də kənardan izləyir».

Qeyd edək ki, ölkə mətbuatında yayılan xəbərlərə görə, Ağdam, Füzuli, Zəngilan olmaqla üç rayonumuz yaxın zamanlarda işğaldan azad ediləcək. (hafta.az)

 





05.07.2014    çap et  çap et