Vaxt.Az

“KTMT ölü doğulan uşağa bənzəyir”


 

Qarabağ müharibəsi başlasa Qazaxıstan Azərbaycana kömək edəcək

“KTMT ölü doğulan uşağa bənzəyir” Qarabağda müharibə başlayarsa, Qazaxıstandan yüzlərlə, minlərlə könüllü Azərbaycanın tərəfində vuruşacaq. Bu barədə "Vesti.Az"a müsahibəsində kazaxstanlı politoloq Aydos Sarım bildirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edən politoloq onu ölü doğulmuş uşaq adlandırıb: “Özbəkistan artıq KTMT-dən çıxıb. Düşünürəm ki, Qazaxıstan da bu barədə fikirləşməlidir. Biz artıq bir neçə dəfə bu prinsipal məsələni qaldırmışıq: əgər Qarabağda müharibə başlayarsa, Qazaxıstan kimin tərəfində vuruşmalıdır?”,- deyə Sarım bəyan edib. Onun sözlərinə görə Qazaxıstanın Azərbaycanla münasibətləri başqa ölkələrlə - KTƏT üzvü olan ölkələrlə münasibətinə baxanda daha yaxındır ki, bu da müəyyən öhdəliklər ortaya çıxarır.
“Mən düşünürəm ki, belə olan halda Qazaxıstan dəqiq müəyyən etməlidir ki, milli prioritetləri nədir, hansı ölkələr onun üçün daha vacib və daha dostdur? Burada həm iqtisadiyyat, ümumi tarix, mədəniyyət və dil amili var. Mən heç vaxt Qazaxıstan ordusunun ermənilər tərəfindən Azərbaycana qarşı vuruşacağını mümkün saymıram. Çünki Qazaxıstanın Qarabağda Azərbaycana qarşı vuruşa bilməsi fikrinin özü gülünc görünür və bu bir daha KTƏT kimi təşkilatların mənasız olduğunu ortaya çıxarır”, - deyə Sarım vurğulayıb.
 





14.07.2013    çap et  çap et